08 avqust 2026 12:00
230

Vaşinqton görüşünün bir ili: ABŞ–Azərbaycan əlaqələrində yeni mərhələ

ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Prezident İlham Əliyevin 2025-ci il avqustun 8-9-da Vaşinqtona səfəri, bu dövlətlə Azərbaycanın əlaqələrinin normallaşdırılması böyük tarixi əhəmiyyət daşıyır. Orada Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanması və "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə razılaşmaların mövcudluğu Birləşmiş Ştatlara Bakı və İrəvanla münasibətləri yenidən başlamağa imkan verdi.

Xatırladaq ki, Bayden administrasiyası dövründə ikitərəfli münasibətlərə daha bir zərbə vurulmuş, ermənipərəst konqresmenlərə və senatorlara, Azərbaycana ləkə yaxmağa cəhd edənlərə geniş meydan verilmişdi. Yeridiyi kimi axsaq siyasət yeridən Cozef Bayden ədalətdən yan keçib işğalçıya dəstək verirdi. Ancaq Donald Tramp adminstrasiyası bu cür yanaşmalara demək olar ki, son qoydu. Bundan da başqa münaqişə tərəfləri arasında ədalətli münsif kimi çıxış etdi, bölgəyə möhkəm sülh gətirilməsinə çalışdı.  Xəbər verilir ki, bu barədə ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun müsahibəsində bildirib: "ABŞ bu məqamdan (2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli münasibətlərimizi yeniləmək üçün istifadə etdi".

O qeyd edib ki, bu sənədlərin imzalandığı andan etibarən regionda tərəflər arasında heç bir silahlı insident omayıb. Əksinə, tərəflər qarşılıqlı fəaliyyət göstərməyi, o cümlədən ticari-iqtisadi münasibətləri inkişaf etdirməyə qəra veriblər. Baş müşavirin sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycanla münasibətləri nə qədər möhkəm qurarsa, Cənubi Qafqazda sülh bir o qədər dayanıqlı olacaq. O vurğulayıb ki, regionun inkişafı sayəsində bölgədə möhkəm və davamlı sülhün bərqərar olma imkanı artır və Azərbaycanla Ermənistanı birləşdirmək məqsədi daşıyan TRIPP logistika qovşağı layihəsi buna istinad edir.

Laytston bildirib: "Siz rifaha aparan sülh şanslarını əhəmiyyətli dərəcədə artırırsınız, layihənin adı da elə buradandır – Beynəlxalq Sülh və Rifaha doğru Tramp yolu ("Tramp Marşrutu", TRIPP) sülh imkanlarını gücləndirir və eynilə sülh də gələcək tərəqqi üçün platforma yaradır".

Müşavir xatırladıb ki, ABŞ tərəfi layihənin həyata keçirilməsi üçün artıq 201 milyon dollar ayırıb və onun fikrincə, bu, investisiya əməkdaşlığının "yuxarı deyil, alt həddidir". Laytstoun həmçinin qeyd edib ki, bu cür yanaşma Ağ Evin bütün digər administrasiyalarından fərqlənir: "Biz investisiya yatırdıqca və gəlir əldə etdikcə, sizin daha da gücləndiyinizi görəcəyik. Prezidenti Donald Tramp ABŞ-ı və onun müttəfiqlərini gücləndirən investisiyalar yatıraraq bu yanaşmaya rəhbərlik edib. ABŞ-da biz öz coğrafi mövqeyindən çatışmazlıq kimi deyil, üstünlük yaradan tramplin kimi istifadə edə bilən strateji dostlar və müttəfiqlər axtarırıq".

Əlbəttə, Laytstonun sözlərində həqiqət var. Özü etiraf edir ki, nə qədər böyük dövlət olsa da ona dəstəyindən yararlana biləcək dostlar lazımdır. Azərbaycan otuz beş ildə fərqli adminstrasiyalar görüb. 2025-ci il 8 avqust Vaşinqton görüşləri bir çox ölkələrə bu müsbət münasibətdən dərs çıxarmaq işarəsi verdi. Biz bunun təzahürünü görürük. Bu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əməkdaşlığına doğru atılmış ilk addımdır. Vitse-prezident Ceyms Vensin ölkəmizə səfəri Azərbaycanın tarixində baş verən ən önəmli hadisə sayılır. İnam var ki, iki ölkə arasında müsbət irəiləyiş dinamikası getdikvə sürətlənir və ardıcıl xarakter alır. 8-9 avqust günləri fikirlərimizi təsdiq etməkdədir. Davamlı olsun!

Vəli İlyasov, “İki sahil”