10 iyul 2023 13:33
352

"Çelsi" yeni formasını təqdim etdi

"Çelsi" rəsmi saytında komandanın yeni mövsüm üçün formasını təqdim edib.

“İki sahil” xəbər verir ki, yeni forma London klubunun UEFA kubok qalibləri kubokunu qazandığı 1997/1998 mövsümündən ilhamlanan klassik dizayna malikdir.

Həmçinin bu formada “zadəganlar” Liqa kubokunu və UEFA Superkubokunu qazanıb.