10 iyul 2023 12:23
317

Poqba Səudiyyə Ərəbistanına getdi

"Yuventus"un futbolçusu Pol Poqba karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə italiyalı jurnalist Romeo Aqresti məlumat yayıb. O, fransalı yarımmüdafiəçinin "Əl-İttihad"la danışıq aparmaq üçün ötən həftənin sonunda Səudiyyə Ərəbistanına getdiyini bildirib.

Qeyd edək ki, Poqbanın iki həmyerlisi, Nqolo Kante və Kərim Benzema bu yay "Əl-İttihad"a keçib.

30 yaşlı Poqbanın "Yuventus"la müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Ötən mövsüm zədə səbəbindən yarımmüdafiəçi bütün yarışlarda cəmi 10 oyun keçirib.