02 iyun 2023 13:49
434

Türkiyə-Azərbaycan oyununun vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun məkanı və başlama vaxtı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, iyunun 17-də baş tutacaq qarşılaşma İstanbulda keçiriləcək.

Türkiyə - Azərbaycan matçı “Esenyurt Necmi Kadıoğlu” stadionunda təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, U-21 iki gün sonra – iyunun 20-də isə “Dalğa Arena”da, saat 19:30-da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.