14 avqust 2026 16:39
90

“Araz-Naxçıvan” daha 2 futbolçu transfer edib

“Araz-Naxçıvan” heyətinə daha 2 futbolçu cəlb edib.

“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, Naxçıvan təmsilçisi Qabil Əlizadə və Nihat Mehralıyevlə 1 illik müqavilə imzalayıb.

21 yaşlı Mehraliev hücumameyilli yarımmüdafiəçidir. Ötən mövsümü “Şamaxı”da keçirən futbolçu Azərbaycanın U-21 millisinin heyətində 2 oyunda meydana çıxıb.

25 yaşlı Əlizadə də vingerdir. O, “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Daha sonra “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir”in formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.