02 iyun 2023 10:53
325

“Çelsi”nin daha bir futbolçusu “Milan”ın transfer siyahısına düşüb

“Çelsi”nin daha bir futbolçusu “Milan”ın transfer siyahısına düşüb.

“İki sahil” xəbər verir ki, İtaliya klubu Trevor Çalobanın xidmətində maraqlıdır.

Müdafiəçi bu yay A seriyası təmsilçisinə keçə bilər. 23 yaşlı ingiltərəli başa çatan mövsümdə 34 matça çıxıb.

Qeyd edək ki, “Çelsi”nin digər oyunçusu Ruben Loftus-Çik də “Milan”a keçidə razılıq verib.