01 iyun 2023 17:30
479

Asensio PSJ-yə keçir

"Real"ın yarımmüdafiəçisi Marko Asensio PSJ-yə keçməyə yaxındır.

 

“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb. 27 yaşlı oyunçu yaxın günlərdə PSJ-nin futbolçusu olacaq. Asensio ilə 4-5 illik müqavilə imzalanacaq.

Yarımmüdafiəçi ilə "Çelsi", "Liverpul" və "Aston Villa" da maraqlanırdı, lakin o, ən çox PSJ-nin təklifini bəyənib.

Madrid təmsilçisi də Markonu komandada saxlamağa çalışıb və bu mövsüm başa çatan müqaviləni uzatmağı təklif edib, lakin oyunçu qərarını dəyişməyib

Qeyd edək ki, Asensio bu mövsüm La Liqada 30 matçda 9 qol vurub və 6 qolun ötürməsini verib.