01 iyun 2023 14:56
366

Kay Haverts “Real”ın transfer siyahısına düşüb

“Çelsi”nin futbolçusu Kay Haverts “Real”ın transfer siyahısına düşüb.

“İki sahil” xəbər verir ki, İspaniya nəhəngi almaniyalı yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir.

Madrid klubunun rəhbərliyi 23 yaşlı hücumameylli yarımmüdafiəçi ön xətti gücləndirəcəyi qənaətindədir. Havertsin transfer qiyməti 60 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Kay başa çatan mövsümdə 47 oyunda 9 qol və 1 assistə imza atıb.