01 iyun 2023 11:31
396

Avroliqanın finalının ən yaxşı oyunçusu seçildi

UEFA Avropa Liqasının final matçının ən yaxşı oyunçusunu seçib.

"İki sahil" qurumun saytına istinadən xəbər verir ki, "Sevilya"nın qapıçısı Yasin Bono həlledici görüşün ən yaxşı futbolçusu adına layiq görülüb. Mərakeşli qolkiper bu münasibətlə “Hankook” mükafatını alıb.

UEFA-nın texniki müşahidəçiləri 32 yaşlı qapıçının 11 metrlik seriyada seyvlərinin həlledici olduğunu qeyd ediblər. O, Canluka Mançini və Rocer İbanezin zərbələrini dəf edİB.

Bono bu mövsüm Avroliqada "Sevilya"nın heyətində çıxış edib və 5 qol buraxıb. 

Qeyd edək ki, "Sevilya" finalda "Roma"ya (1:1, penaltilər seriyası - 4:1)  qalib gələrək Avroliqanın kubokunu qazanıb.