"Roma"nın hücumçusu Paulo Dibala komandasının Avropa Liqasının finalında "Sevilya"ya məğlubiyyətindən sonra göz yaşlarını saxlaya bilməyib.
“İki sahil” xəbər verir ki, Budapeştdə, “Puşkas Arena”da keçirilən qarşılaşma İspaniya klubunun qələbəsi ilə (1:1 - əsas vaxt, penaltilər seriyası - 4:1) başa çatıb.
Bu görüşdə Dibala komandasının vurduğu yeganə qolun qolun müəllifi olub. Məğlubiyyət isə argentinalı forvardı xeyli məyus edib. O, ağlayıb.
Qeyd edək ki, Dibala 2022-ci ildə “Roma”ya keçib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Dibala bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 17 qol vurub və 8 qolun ötürməsini verib.
“Arsenal” Osimhenin mümkün transferi ilə bağlı “Qalatasaray”la danışıqlara başlayıb