Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır.
"İki sahil"in məlumatına görə, 65 kq çəki dərəcəsində Xanoğlan Kərimov dayanq üzərinə çıxacaq. İdmançı 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə üz-üzə gələcək. Bu gün, həmçinin, qadın taekvondoçular 73 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız bitirib.
“Arsenal” Osimhenin mümkün transferi ilə bağlı “Qalatasaray”la danışıqlara başlayıb