Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti rəqibi bəlli olub.
“İki sahil” xəbər verir ki, idmançımız “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşacaq. Döyüş iyunun 24-də Florida ştatının Mayami şəhərində baş tutacaq.
Qeyd edək ki, Rafael Ağayev "Karate Combat" turnirində 2018-ci ildə debüt edib.
“Arsenal” Osimhenin mümkün transferi ilə bağlı “Qalatasaray”la danışıqlara başlayıb