01 iyun 2023 08:02
338

"Sevilya" UEFA Avropa Liqasının qalibi olub

UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  həlledici görüşdə İspaniyanın “Sevilya” klubu ilə İtaliya təmsilçisi “Roma” qarşılaşıb. Oyun ispaniyalıların qələbəsi ilə yekunlaşıb. Oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub.

Penaltiləri daha dəqiq yerinə yetirən ispanlar 4:1 hesabı ilə qələbə qazanıb.