Portuqaliya millisinin sabiq üzvü Luiş Nani "Melburn Viktori"dən ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya klubunun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçinin 2024-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Sportinq", "Mançester Yunayted", "Fənərbaxça" kimi klublarda çıxış etmiş Nani ötən ilin yayından "Melburn Viktori"də oynayırdı.
“Arsenal” Osimhenin mümkün transferi ilə bağlı “Qalatasaray”la danışıqlara başlayıb