31 may 2023 15:13
357

"Zirə" "Fənərbağça" ilə yoldaşlıq oyunu keçirə bilər

"Zirə" Türkiyənin "Fənərbağça" klubu ilə Bakıda yoldaşlıq oyunu keçirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "qartallar"ın prezidenti Taleh Nəsibovla İstanbul təmsilçisinin baş katibi Burak Kızılhan arasında danışıq aparılıb.

“Fənərbağça"nın ofisində baş tutan görüşdə həmçinin Azərbaycan Minifutbol Federasiyasının və Türkiyə klubunun idarə heyətinin üzvüləri də iştirak ediblər.

Toplantıda tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Sonda görüş iştirakçıları bir-birlərinə xatirə hədiyyələri təqdim ediblər.