Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb.
“İki sahil”in məlumatına görə, Patimat Abakarova (49 kq) 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkib.
Döyüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, 2:1 hesabı ilə qalib gəlib. Abakarova 1/8 finalda Botakoz Kapanova (Qazaxıstan) ilə qarşılaşacaq.
Qeyd edək ki, mundialın üçüncü günündə 3 çəki dərəcəsində qaliblər bəlli olacaq.
“Arsenal” Osimhenin mümkün transferi ilə bağlı “Qalatasaray”la danışıqlara başlayıb