30 may 2023 15:47
306

“Torino” Nikola Vlaşiçi transfer etməyə qərar verib

“Torino” Nikola Vlaşiçi transfer etməyə qərar verib.

“İki sahil” xəbər verir ki, İtaliya klubu yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu “Vest Hem”lə danışıqlara başlayıb.

A seriyası təmsilçisi keçid üçün 8 milyon avro təklif edib. Düzdür, “Torino” onu icarəyə götürərkən müqaviləsində sonradan transfer olunması üçün 13 milyon göstərilib.

Turinlilərin baş məşqçisi İvan Yuriç futbolçunu komandasında görmək istəyir. Klub rəhbərliyi bunun üçün 8 milyon ödəməyə razıdır.

Qeyd edək ki, “Vest Hem” xorvat yarımmüdafiəçini 2021-ci ildə MOİK-dən 30 milyon avroya alıb.