30 may 2023 13:50
380

Edvin van der Sar “Ayaks”dan ayrılıb

Edvin van der Sar “Ayaks”dan ayrılıb.

“İki sahil” xəbər verir ki, bunu Amsterdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Futbol veteranı Niderland klubunun baş direktoru vəzifəsindən istefa verib. O, iyunun 1-də postunu təhvil verəcək.

Klubun Müşahidə Şurası sabiq qapıçıdan avqustun 1-dək vəzifəsində qalmağı xahiş etsə də, funksioner bunu cavablandırmayıb.

Qeyd edək ki, Van der Sar uğursuz mövsüm üzündən postundan ayrılıb. Çempionatı 3-cü yerdə başa vuran “Ayaks” mövsümü titulsuz bitirib.