30 may 2023 10:51
428

“Real”ın futbolçusu Naço karyerasını İtaliyada davam etdirə bilər

“Real”ın futbolçusu Naço yeni təklif alıb.

“İki sahil” xəbər verir ki, müdafiəçi karyerasını İtaliyada davam etdirə bilər.

Madrid klubu 33 yaşlı futbolçusuna yeni müqavilə təklif etməyib. Yayda azad agent statusu alacaq arxa xətt oyunçusu “İnter”in hədəfindədir. İtaliya klubu ona təklif göndərib.

Qeyd edək ki, Naço mövsümün 43 matçında 1 qol vurub.