30 may 2023 09:24
401

“Sabah”, yoxsa “Gəncə” ?

Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki,  “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər. Qalib gələn kollektiv ölkə çempionu adına sahib çıxacaq. Dörd görüşdən sonra ümumi hesab bərabərdir - 2:2.

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.