30 may 2023 02:34
346

Xavi: Messi ilə danışmışam

"Barselona"nın baş məşqçisi Xavi PSJ-nin hücumçusu Lionel Messi ilə əlaqə saxladığını təsdiqləyib.

“İki sahil” "Sport"a istinadən xəbər verir ki, o deyib: “Mən Messi ilə danışdım? Bəli, doğrudur”.

Xavi söhbətin mümkün transfer,yoxsa dostluq söhbəti olduğu barədə məlumat verməyib.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi iyunda başa çatır. Onun Kataloniya təmsilçisinə qayıda biləcəyi iddia olunur.