Bu gün Misli Premyer Liqasının 34-cü turu çərçivəsində "Neftçi" doğma meydanda "Şamaxı"nı qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 12-ci dəqiqəsində "Şamaxı"nın futbolçusu Rəşad Əzizli topu öz qapısından keçirib. 56-cı dəqiqədə isə Amil Yunanov penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 1-1.
Oyunda başqa qol vurulmayıb.
Misli Premyer Liqası,
34-cü tur
14 may (bazar)
20:30 "Neftçi" 1-1 "Şamaxı"
Qol: Rəşad Əzizli, 12-avtoqol (1:0), Amil Yunanov, 56-pen. (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Cabarov
"Bakcell Arena".