15 avqust 2026 22:43
124

“Sabah” “Kəpəz”ə qalib gəldi

Misli Premyer Liqasının 2026/27 mövsümünün ilk turu çərçivəsində son çempion “Sabah” doğma divarlar arasında “Kəpəz”i sınağa çəkib.

İki sahil”in məlumatına görə, oyunun 71-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Coy Lens Mikels hesabı açıb. 90+1-ci dəqiqədə isə Ksander Severina bakılıların üstünlüyünü iki topa yüksəldib – 2-0.

Yarış bu hesabla da başa çatıb.

Qeyd edək ki, dünən start verilən ilk turun digər oyunları avqustun 16-17-də keçiriləcək.

Misli Premyer Liqası

I tur

15 avqust

20:45. “Sabah” 2-0 “Kəpəz”

Qol: Coy Lens Mikels, 71-pen. Ksander Severina, 90+1

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Bank Respublika Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”