Azərbaycan millisinin üzvü olmuş Ozan Can Kökcünün çıxış etdiyi "Vanspor" Türkiyə 1-ci liqasının 2-ci turunda səfərdə "Manisa" ilə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Vanspor"un yeganə qolunu 69-cu dəqiqədə Ozan Can vurub. Meydana 46-cı dəqiqədə çıxan yarımmüdafiəçi matçın sonuna yaxın qırmızı vərəqə alıb. O, 82-ci dəqiqədə rəqibinin üzünə zərbə vurduğuna görə meydandan qovulub.
Oyunun videoicmalını təqdim edirik.