14 may 2023 22:22
383

"Arsenal"ı öz meydanında darmadağın etdilər

İngiltərə Premyer Liqasında 36-cı turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, bu gün çempionluq uğrunda mübarizə aparan "Arsenal" öz meydanında "Brayton"la qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Arsenal" - "Brayton" - 0:3

Qollar: Enkiso, 51, Undav, 86, Estupinan, 90+6 

Bu nəticədən sonra "Brayton"  (43 oyun) 58 xalla 6-cı, "Arsenal" (36 oyun) 81 xalla 2-ci pillədə qərarlaşıb. Bir oyun az keçirən "Mançester Siti" isə  85 xalla liderdir.