İspaniya La Liqasında 34-cü turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, bu gün keçirilən "Elçe" - "Atletiko" matçında gözlənilməz hesab qeydə alınıb.
Oyun turnir cədvəlinin autsayderi olan "Elçe"nin qələbəsi ilə başa çatıb - 1:0.
"Elçe" - "Atletiko" - 1:0
Qol: Fidel, 41
Qeyd edək ki, 19 xalla turnir cədvəlinin sonuncusu olan "Elçe"nin elitanı tərk edəcəyi ötən tur müəyyənləşib. "Atletiko" isə 69 xalla 3-cüdür. Turnir cədvəlinə 82 xalla "Barselona" başçılıq edir.