Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub.
“İki sahil” xəbər verir ki, milli komandanın heyətində Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə yer alacaqlar.
Qeyd edək ki, III Avropa Oyunları 9 - 25 iyunda gerçəkləşəcək. Şahmat turniri iyunun 19-da baş tutacaq.