"Real"ın futbolçusu Antonio Rudiger Çempionlar Liqasının 1/4 finalında "Çelsi"yə qarşı keçirəcəkləri ev oyunu barədə danışıb.
“İki sahil” xəbər verir ki, o, "Santyaqo Berabeu" stadionundakı matçların rəqiblər üçün çətin keçdiyini deyib:
"Santyaqo Bernabeu"dakı Çempionlar Liqasın ab-havası tamamilə fərqlidir. Bu, təəccüblüdür. "Real" azarkeşləri vətəndən uzaqda belə özlərini ifadə edirlər. Onları həmişə eşidirdik. "Santyaqo Bernabeu" rəqibləri qorxudur".
Qeyd edək ki, "Real" - "Çelsi" görüşü aprelin 12-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.