10 aprel 2023 17:25
417

Kazemiro ticarət mərkəzi açdı, bu adı qoydu

"Real"ın sabiq futbolçusu, hazırda "Mançester Yunayted"də çıxış edən Kazemiro vətəni Braziliyada ticarət mərkəzi açıb.

“İki sahil” xəbər verir ki, mərkəz oyunçunun doğma şəhəri Sao Xose dos Kamposdadır. O, ticarət mərkəzinə "Madrid Open Mall" adını verib.

Bu, şəhərin qərb hissəsindəki ilk açıq ticarət mərkəzidir. Burada 15 mağaza, 60 pulsuz dayanacaq var. Ticarət mərkəzinin ölçüsü isə 5 min kvadratmetrdir. Bu mərkəzdə 150-yə yaxın insan üçün iş yeri yarandığı bildirilib.