10 aprel 2023 15:39
336

Marselonun komandası əyalət çempionatını qazandı

Braziliyada Karioka Liqasının qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, finalda "Flamenqo" ilə "Fluminese" qarşılaşıb. İlk görüşdə 0:2 hesabı ilə uduzan "Fluminese" bu dəfə 4:1 hesablı qələbə qazanıb və tarixində 33-cü dəfə Rio de Janeyro əyalət çempionatının qalibi olub. 

"Real"ın sabiq futbolçusu, 34 yaşlı ulduz müdafiəçi Marselo da bu oyunda iştirak edib. O, 30-cu dəqiqədə qol da vurub.