10 aprel 2023 14:04
312

Məsut Özil deputatlığa namizəd olur?

Futbolçu karyerasını başa vuran Almaniya millisinin sabiq futbolçusu Məsut Özillə bağlı sensasiyalı iddialar irəli sürülüb.

“İki sahil” xəbər verir ki, bu haqda məlumat Türkiyə mətbuatında yayılıb. sondakika.com saytı yazıb ki, türk əsilli futbolçu hazırda hakimiyyətdə olan AK Partiyasının siyahısında parlament seçkilərinə qatılacaq. Onun İstanbul və ya Zonquldak şəhərindən namizəd olacağı iddia olunub.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri eyni gündə - mayın 14-də keçiriləcək. 

Xatırladaq ki, Özil martın 22-də futbolçu karyerasını başa vurduğunu elan edib. Onun Türkiyə vətəndaşlığı aldığı bildirilir.