10 aprel 2023 12:33
415

"Napoli" satılmır

"Napoli"nin prezidenti Aurelio de Laurentis klubun satılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

“İki sahil” xəbər verir ki, o, bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib: 

“Napoli"min dəyərinin nə qədər olduğunu bilmək belə istəmirəm. "Napoli" bir ailədir və onu satmağı düşünmürəm. Bundan sonra nə edəcəyimi belə bilmirəm".

Ötən il Ərəb Fondu funksionerə klub üçün 2,5 milyard avro təklif etmişdi.

Qeyd edək ki, "Napoli" hazırda A seriyasının turnir cədvəlində 74 xalla liderdir.