09 aprel 2023 20:31
369

“Qarabağ” 3 xalı 3 qolla qazandı

Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Kəpəz” “Qarabağ”ın qonağı olub.

“İki sahil” xəbər verir ki, görüşün 5-ci dəqiqəsində Abdullah Zubir hesabı açıb. 29-cu dəqiqədə Yeqor Xvalko hesabı bərabərləşdirsə də 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Riçard Almeyda ağdamlıları yenidən hesabda önə çıxarıb.

Oyunda son nöqdəni 67-ci dəqiqədə Leandro Andrade qoyub – 3-1.

Misli Premyer Liqası,

29-cu tur

9 aprel (bazar)

18:30. “Qarabağ” 3–1 “Kəpəz”

Qollar: Abdullah Zubir, 5 (1:0), Yeqor Xvalko, 29 (1:1), Riçard Almeyda, 58-pen. (2:1), Leandro Andrade, 67 (3:1)

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı

“Azersun Arena”