09 aprel 2023 18:20
680

“Turan Tovuz” “Şamaxı” ilə heç-heçə oynadı

Misli Premyer Liqasının 29-cu turu çərçivəsində "Turan Tovuz" Şamaxı"nı qəbul edib.

“İki sahil” xəbər verir ki, erkən qollarla başlayan oyunun 3-cü dəqiqəsində “Turan Tovuz”un futbolçusu Runi Eva hesabı açsa da 9-cu dəqiqədə “Şamaxı”nın futbolçusu Fuad Bayramov hesabı bərabərləşdirib.

Qarşılaşmada başqa qol vurulmayıb.

Misli Premyer Liqası,

29-cu tur

9 aprel (bazar)

16:00. “Turan Tovuz” 1–1 “Şamaxı”

Qollar: Runi Eva, 3 (1:0), Fuad Bayramov, 9 (1:1)

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Tovuz şəhər stadionu