09 aprel 2023 12:30
388

Azərbaycan gimnastları beynəlxalq turnirlərdə uğurla iştirak ediblər

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Belçikada keçirilən beynəlxalq turnirlərdə uğurla iştirak ediblər.

“İki sahil” Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Antverpenin Purs bölgəsində təşkil olunan dünya kuboku yarışlarında gümüş medala sahib olublar.

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Başiri isə eyni şəhərdə təşkil olunan “Flanders Acro Cup” turnirində qarışıq hərəkətlər proqramında birinci yeri tutublar.