Bədii gimnastımız Zöhrə Ağamirova Fransada keçirilən Beynəlxalq Qran-pri yarışında gümüş medala layiq görülüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, bədii gimnastika üzrə Azərbaycanın yığma komandasının üzvü Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışında çoxnövçülük proqramında gümüş medala layiq görülüb.
Yarış aprelin 7-dən 9-dək davam edəcək.
Zöhrə Ağamirova ilə yanaşı, Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandasının üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina da Qran-pridə mübarizə aparır.