08 aprel 2023 22:31
377

“Neftçi” “Sumqayıt”ı darmadağın etdi

Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Neftçi” “Sumqayıt”ın qonağı olub.

“İki sahil” xəbər verir ki, oyunun 7-ci dəqiqəsində Stankoviç hesabı açıb. 64-cü dəqiqədə isə Sezar Meza Kolli bakılıların üstünlüyünü iki topa çatdırıb. 83-cü dəqiqədə fərqlənən İsmayıl Zülfüqarlı “Neftçi”nin üçüncü, 85-ci dəqiqədə fərqlənən Lebon isə dördüncü qolunu vurub.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

29-cu tur

8 aprel (şənbə)

20:00. “Sumqayıt” 0–4 “Neftçi”

Qol: Stankoviç, 7, Sezar Meza Kolli, 64, İsmayıl Zülfüqarlı, 83, Lebon, 85

Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev

“Kapital Bank Arena”