08 aprel 2023 19:57
532

MPL-də sensasiya - “Səbail” “Sabah”ı məğlub etdi

Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Səbail” “Sabah”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 28-ci dəqiqəsində David Qomis hesabı açıb.

Oyunun 59-cu dəqiqəsində Con İrasabal qırmızı vərəqə alaraq komandasını azlıqda qoysa da 75-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Emmanuel Apeh “Sabah”ın bərabərlik qolunu vurub.

Matçın 90+5-ci dəqiqəsində fərqlənən Qoba Zakpa oyunda son nöqtəni qoyaraq meydan sahiblərinin qələbəsini rəsmiləşdirib.

Misli Premyer Liqası,

29-cu tur

8 aprel (şənbə)

17:30. “Səbail” 2–1 “Sabah”

Qollar: David Qomis, 28 (1:0),  Emmanuel Apeh, 75-pen. (1:1), Qoba Zakpa 90+5 (2:1)

Qırmızı vərəqə: Con İrasabal, 59 ("Sabah")

Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov

“ASCO Arena”