Azərbaycan çempionatında kişi voleybolçuların I Liqasında üçüncü yer uğrunda matçın keçiriləcəyi tarix bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, I Liqanın bürünc mükafatçısı aprelin 9-da müəyyənləşəcək. "Murov" voleybol klubunun idman zalında təşkil olunacaq görüş saat 12:30-da başlanacaq. Bu qarşılaşmada "Kapitalist" və "Hərbi İnstitut" komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, I Liqanın finalında “Express" və "Təhsil" komandaları yarışın qalibini müəyyən edəcəklər. Həmin oyunun vaxtı ilə bağlı məlumat veriləcək.