08 aprel 2023 10:51
321

Sənaye Korporasiyası Çin şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

“Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azəralüminium” MMC və Çin Xalq Respublikasının “CHALIECO” şirkətinin nümayəndə heyəti əməkdaşlıq perspektivlərini müzakirə edib.

ASC-dən "İki sahil"ə bildirilib ki, “CHALIECO” şirkəti alüminium zavodlarının qurulması və istehsalı üzrə layihələrin hazırlanmasında dünyanın aparıcı şirkətlərindən biridir. Şirkət bu sahə üzrə 250-dən çox beynəlxalq layihə icra edib. Görüş zamanı alüminium zavodunun istehsal gücünün artırılması, alüminium istehsalı üçün tələb olunan xammallar üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin birgə işlənməsi mövzusunda müzakirələr aparılıb.

Sonda fəaliyyət planı hazırlanaraq razılaşdırılıb və qeyd olunan məsələlər üzrə müəyyən məlumatların hazırlanması, yeni görüşlərin keçirilməsi qərara alınıb.

Qeyd edək ki, ölkəmizdə işgüzar səfərdə olan “CHALIECO” şirkətinin rəhbər və texniki heyəti “Azərlalüminium” MMC-nin Gəncə Alüminium Kompleksində olub, istehsal prosesinin daha da təkmilləşdirilməsi yolları barədə müzakirələr aparılıb.