28 mart 2023 15:28
108

Siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir

Demokratik cəmiyyətlərdə siyasi partiyalarla dialoq mütləq şərtdir. Azərbaycan bu gün demokratik inkişaf yolnda inamla irəliləir. Ölkəmizdə siyasi qüvvələrə seçkilərdə iştirak etmək üçün heç bir qadağa qoyulmayıb. Lakin bəzi partiyalar həmişə dialoqdan qaçıblar, müxtəlif bəhanələrlə hakimiyyət-müxalifət dialoqunu pozmağa çalışıblar. Onlar radikal partiyalar kimi təsnifatlanıblar, çünki heç vaxt konstruktiv mövqedən çıxış etməyiblər.

“Siyasi partiyalar haqqında” yeni Qanunun  hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur.

Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.

Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Ölkə başçısı Cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. 

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı