Qərəzli qətnamələri ilə erməni faşizmini dəstəkləyən korrupsiyalaşmış prinsipləri bu qurumun bəşəri dəyərlərə xəyanətidir
Bu ilin yanvar ayında Davos Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan «Avrasiya Orta Dəhlizi: Yoldan magistrala» mövzusunda panel iclasında, fevralda Münxen Təhlükəsizlik Konfransında çıxış edərək Azərbaycanın xarici siyasətinin qarşılıqlı əməkdaşlıq və biri-birinə hörmət prinsipləri əsasında formalaşdığını bəyan edən Prezident İlham Əliyevin dünya ictimaiyyətinə ünvanlanan çağırışları böyük maraqla qarşılandı. Bu günlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə, X Qlobal Bakı Forumunda növbəti dəfə multikultural dəyərlərə sadiq, dövlətlərarası əməkdaşlığın genişlənməsində əhəmiyyətli rola malik Azərbaycanın sivilizasiyalararası körpü rolunu oynadığını diqqətə çatdıran dövlət başçımız İlham Əliyevin vurğuladığı kimi, yeni dünya düzəninin yenidən formalaşmaqda olduğu müasir dövrümüzdə «soyuq müharibə»”nin sona çatmasından sonra Şərq-Qərb qarşıdurmasından yaranan təhlükələr, risklər fəsadlar demək olar ki, planetimizin bütün bölgələrində hiss olunur. BMT-dən sonra ikinci ən böyük təsisat kimi özünü təsdiqləyən, beynəlxalq arenada nəzərəçarpan və səmərəli rolu ilə dünya düzəninin yenidən formalaşmasında fəal iştirak edən Qoşulmama Hərəkatı separatizmə, milli münaqişələrə qarşı mübarizədə öz sözünü deyir, səyləri birləşdirir.
Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə «Dünya bu gün: Çağırışlar və ümidlər»” mövzusunda keçirilən X Qlobal Bakı Forumundakı çıxışında da xalqları, millətləri dünyamızın qorunması naminə dini-ayrı-seçkiliyə qarşı birliyə çağıran dövlətimizin başçısının vurğuladığı kimi, dünya sivilizasiyası üçün təhlükələr yaradan iqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi kimi mühüm problemlərin olduğu, bəzi ölkələrdə insanların aclıqdan əziyyət çəkdiyi müasir dünyamızda ikili standartların mövcudluğu vəziyyəti daha da ağırlaşdırır.
Hazırda bütün dövlətləri, xalqları bir məsələ düşündürməlidir: Qüvvələri birləşdirməklə gələcəyə ümidlə baxmaq, hədəflərə birlik və həmrəylik yolu ilə nail olmaq.
Bakıda keçirilən Yaxın Şərqi, Afrikanı və Qərbi Balkanları əhatə edən beynəlxalq əhəmiyyətli bu mühüm tədbirlərdə dünyanın 60-dan çox ölkəsini təmsil edən 350-dən artıq nümayəndənin, tanınmış hazırkı və sabiq dövlət başçılarının, politoloqların iştirakı ölkəmizə artan maraqdan irəli gəlir. COVID-19 pandemiyasının yaratdığı fəlakətlərin aradan qaldırılması üçün Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili, ölkəmizin təsisatın üzvü olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardımı göstərməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etməsi, dövlət başçımızın «peyvənd millətçiliyi»nə qarşı mübarizənin gücləndirilməsi çağırışının dünya dövlətləri tərəfindən dəstəklənməsi multikultural dəyərlərə sadiqliyimizin ifadəsidir. Qoşulmama Hərəkatının institusional inkişafını təmin etmək naminə Azərbaycanın təşəbbüsü ilə təsisatın 60 illik tarixində ilk dəfə Parlament, Gənclər şəbəkələrinin yaradılması Azərbaycan dünya xalqları arasında əməkdaşlığın genişləndirilməsi siyasətinin təcəssümüdür.
Dünya birliyində siyasi, iqtisadi qüdrəti ilə seçilən, Avropanın bir neçə ölkəsinin enerji ilə təchizatında alternativi olmayan mənbə kimi dəstəklənən Azərbaycana artan maraq «Avropa siyasi birliyi»nin Praqa görüşündə daha geniş mənada təsdiqləndi. Ötən ilin son aylarında Prezident İlham Əliyevin iştirakı ilə Yunanıstan- Bolqarıstan İnterkonnektorunun açılış mərasiminin keçirilməsi ilə Avropada əməkdaşlıq imkanları daha da genişləndirilir. Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış Anlaşma Memorandumu, Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə imzalanan müqaviləyə uyğun texniki-iqtisadi əsaslandırma işlərinə başlanılması, «Masdar»”la imzalanmış razılaşma, Azərbaycanın enerji diplomatiyasının milli təhlükəsizliyə, regionda sabitliyin təminatına xidmətinin təsdiqidir. 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq davam edəcək.
Ötən ay Bakıda, «Gülüstan» sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi Avropa Komissiyası ilə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Memorandumda qarşıya qoyulan vəzifələr ətrafında aparılan müzakirələrdə dövlət başçımız Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və yeni tərəfdaşlarımız olan Rumıniya, Moldova və Macarıstanı strateji tərəfdaş adlandırıb.
Eyni məkanda respublikamızın müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi İtaliya ilə əməkdaşlığın yeni səhifəsi olmaqla Avropa məkanında Azərbaycan qazına böyük tələbatın təkzibolunmaz təsdiqi, ölkəmizin «yaşıl enerji» siyasətinin» beynəlxalq səviyyədə dəstəklənməsi kimi tarixə yazıldı.
Reallığı əks etdirən bu faktları təsadüfən xatırlatmadıq. Məqsəd martın 14-də Avropa Parlamentində (AP) Azərbaycana qarşı növbəti qətnamənin qəbul olunacağı ilə bağlı qurumun ədalətsiz mövqeyinin heç bir əsasının olmadığını diqqətə çatdırmaqdır.
Azərbaycana qarşı qərəzli mövqeyi, böhtan xarakterli qətnamələri, ədalətsizliyi ilə fərqlənən bu qurumun adının korrupsiya və rüşvətxorluqla hallanması ötən ilin yaddaqalan hadisələrindəndir. Son dövrlərdə AP ancaq korrupsiya cinayətləri və Azərbaycana qarşı qərəzli addımları ilə gündəmə gəlir. Xatırladaq ki, AP-nin korrupsiya cinayətində ittiham edilməsi nə birinci, nə də sonuncu haldır. Dünyada beynəlxalq anti-korrupsiya gününün qeyd edildiyi tarixdə Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs etməsi bu qurumun üzqarasıdır. Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya effekti yaratdı. Belçikanın federal müstəntiqləri Kaili də daxil olmaqla bir neçə parlamentarı başqa dövlətlərin xeyrinə qanunsuz lobbiçilikdə ittiham edərək cinayət hadisələrini aşkarlamışdır.
Hadisələr rüşvətxorluq və korrupsiyanın Avropa institutlarında artıq sistemli xarakter aldığını göstərir.
AP-də fəaliyyət göstərən anti-Azərbaycan şəbəkəsinin «Evrovision 2012» mahnı müsabiqəsi, Birinci Avropa Oyunları , IV İslam Həmrəyliyi Oyunları zamanı ölkəmizə qarşı apardığı təxribatlar, təşkil etdiklər aksiyalar yaxın illərdə baş verən ölkəmizə qarşı ikili standartların biabırçı nəticələridir. AP-da təmsil olunan Ermənistana dəstək göstərməklə separatçıların işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Qarabağda qanunsuz biznes fəaliyyətləri ilə məşğul olan oliqarxlar əldə etdikləri qanunsuz sərvətin bir hissəsini Avropanın digər qurum və institutları ilə yanaşı, AP nümayəndələrinə verməklə ölkəmizə qarşı şəbəkə formalaşdırmışlar.
Erməni mafiyasının Belçikadakı əsas siması, eyni vaxtda Yunanıstan, Ermənistan və Luksemburq vətəndaşı , «Ədalət və Demokratiya Naminə ümumAvropa Erməni Federasiyası»” adlı təşkilatın prezidenti olan, brillyant mafiası ilə məşğul olan Kaspar Karapetyan Azərbaycana qarşı təxribatların aparılmasına milyonlarla vəsait sərf edib.
Ermənistanın sabiq prezidenti Serjik Sarkisyanın Marselə baş konsul təyin etdiyi erməni əsilli Vartan Sirmakes Azərbaycanın sərvətlərini talayaraq şəxsi biznesini genişləndirməklə AP-də formalaşan erməni diasporunu maliyyələşdirib. Erməni mafiya başçılarının verdiyi rüşvət qarşılığında Azərbaycan əleyhinə qərəzli qətnamələrin AP-nin korrupsiya şəbəkəsində 33 nəfərlik «Ermənistanla dostluq qrupu»”nun üzvləri tərəfindən imzalanması faktı artıq təsdiqlənib.
AP-nin korrupsiya qalmaqalında əksəriyyətinin Fransanın nümayəndəsinin olduğu 70-ə yaxın deputatın adının çəkilməsi qurumun «fəaliyyət mexanizmi»nin hansı prinsiplər üzərində qurulduğunu göstərir. Bu cür faktlar isə istənilən qədərdir.
Laçın-Xankəndi yolunda davam edən aksiyanın AP-nin «humanitar fəlakət» adlandırmasının pərdəarxası ssenarisi aydın olur.
Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Qarabağın ermənilər yaşayan hissəsində separatçıların qeyri-qanuni hərəkətlərinin, Azərbaycana məxsus sərvətlərin daşınmasının qarşısının alınması məqsədilə keçirilən humanitar aksiyadan narahat olan Fransanın Prezidenti Emmanuel Makronun Ermənistan-Azərbaycan sərhədinə missiya göndərmək «təşəbbüsü»nün, həmin ərazidə hərbi baza yerləşdirmək niyyətinin də əsasında Xankəndidə nümayəndəlik açmaq, Avropa Parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiqinə nail olmaq idi. Bütün hallarda məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına maneçilik törətməkdir.
«Çünki sülh prosesi sülh sazişinin imzalanmasına gətirib çıxaracaq və onlar etiraf etməli olacaqlar ki, Qarabağla bağlı heç nə yoxdur və istər Moskvada, istər Soçidə və ya Brüsseldə qəbul edilən bütün sənədlərdə Qarabağa istinad edilmir. Ona görə də ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. Beləliklə, əgər bu, onların seçimidirsə, biz nə edə bilərik. Biz onları imzalamağa məcbur edə bilmərik. Bu o deməkdir ki, sülh müqaviləsi olmayacaq, bu o deməkdir ki, sülh olmayacaq və sülh yoxdursa, onda nə olacaq?!» sözləri ilə Makron-Paşinyan işbirliyinin məkrini açıqlayan Prezident İlham Əliyevin separatçılara qarşı Azərbaycanın qəti mövqeyinin dəyişməyəcəyini bildirməsi Avropa Parlamentinə də xəbərdarlıqdır.
Avropa Parlamentinin Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşması qurumun ölkəmizə qarşı düşmən mövqeyinin davam etdiyini göstərir. Qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Haystana hərbi təcavüz etməsi, Laçın yolunun guya «blokada”da olması» kimi iddialar, eləcə də gorbagor olmuş «Minsk qrupu”», «status»”, «Dağlıq Qarabağ»la bağlı sərsəm məsələlər qeyd olunub. Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən göndərilən yalanları notarius kimi təsdiqləyən, ölkəmizə qarşı kampaniya xarakterli, anti-Azərbaycan fəaliyyəti ilə seçilən bu təşkilatın məqsədi dünya birliyində mövqeyi möhkəmlənən ölkəmizə təsir göstərmək, gözdən salmaq və Ermənistanın maraqlarını müdafiə edən güzəştlərin qazanılmasına nail olmaqdır. Haystanın və erməni lobbisinin «konyak diplomatiyası»”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana «öyüd-nəsihət” verməyə» nə mənəvi, nə də hüquqi haqqı vardır. Çünki dünyada milli münaqişələri qızışdıran, irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeləri və tanınan, ikili standartları əsas prinsip kimi dəstəkləyən Avropa Parlamentinin dünya siyasətinə yanaşma müstəvisində «ərazi bütövlüyü anlayışı» ancaq Ermənistan kontekstində keçərlidir. 30 ilə yaxın əraziləri Ermənistan tərəfindən işğal altında saxlanılan, Xocalı soyqırımına məruz qalan, erməni terrorçularının cinayətlərinin qurbanı olan mülki azərbaycanlıların kütləvi məzarlıqlarını AP «görmür», yaxud görmək istəmir. XXI əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması onların orta əsr səlib yürüşləri dövrünün təfəkkürünə qayıtdıqlarını sübut edir. Haystanın etnik təmizləmə siyasətinin qurbanına çevrilən Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi dövrdə Avropa Parlamenti susmağa üstünlük vermişdi. Bəşəri dəyərləri, plüralizm, ifadə azadlığı kimi fundamental məsələləri erməni icmasının mənafeyi naminə «unudan» radikal düşüncəli bu parlament Azərbaycana qarşı ədalətli mövqe tutan istənilən deputatları mənəvi terrora məruz qoymaq təcrübəsini də sınaqdan çıxarır. Nəticədə həmin deputatlar susmağa məcbur olurlar. Belə ki, AP erməni icmasının təsiri altında olan və Azərbaycana qarşı radikal mövqe tutan bir sıra deputatların öz şəxsi ambisiyalarının həyata keçirildiyi məkana çevrilib. Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində partlayışların qurbanına çevrilən Azərbaycanın mülki vətəndaşlarının həlak olmasına etinasızlıq göstərən bu qurum 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmasına, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına da mane olur.
Haqsız olaraq Azərbaycanı «qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran» Avropa Parlamenti, niyə Ermənistandan hələ də işğal altında saxladığı 8 Azərbaycan kəndini boşaltmağı tələb etmir? Cinayət törətmələri məhkəmə istintaqı ilə sübut olunmuş Azərbaycanda saxlanılan ermənilərin məsələsini hər fürsətdə qabardan AP niyə bu vaxta kimi bir dəfə də olsun 4000-ə yaxın itkin düşmüş azərbaycanlının sonrakı taleyi ilə bağlı Ermənistandan sorğu tələb etmir? Ermənistanın Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təminatına zərbə vurur, revanşistləri ruhlandırır. Qurumun Azərbaycana qarşı qərəzli münasibəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi səylərə , vəziyyətin normallaşma prosesinə ziddir.
Hazırda regionda gərginlik yaradan, təxribatlar törədən Ermənistanın əməllərinə haqq qazandıran Avropa ParlamentinəP-nə xatırladaq ki, bölgədəki qeyri-sabit vəziyyət üçün Ermənistanın revanşist qüvvələri qədər məsuliyyət daşıyır. Qətnamə layihəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün şərtlər kontekstində Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin vacibliyini vurğulayan AP beynəlxalq hüququn norma və prinsiplərinə bir daha selektiv yanaşır, 30 il ərzində Ermənistanın işğalına haqq qazandırdığı kimi davranır.
Bu qeyri-obyektiv qətnamələr Ermənistanın 30 illik işğal dövrü ərzində Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizmi tamamilə inkar edir. Halbuki, işğal dövrü Ermənistanın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri ilə müşayiət olunmuşdur. Ermənistan qəsdən şəhər və kəndləri dağıtmaqla yanaşı, Azərbaycan xalqının bu ərazilərdəki bütün mədəni irsini məhv edib. Çoxsaylı tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, kitabxanalar və muzeylər, muzey eksponatları, nadir əlyazmalar, məzarlıqlar sistemli şəkildə viran qoyulub və talanıb. Məscidlər yerlə-yeksan edilib, inək və donuz saxlanılan yerlərə çevrilərək, təhqir olunub. AP ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edir. Bu düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir. AP-nin mədəni irsə yanaşması da siyasiləşib, dini çalar alır. «Xristian irsi qorunmalı, müsəlman irsi isə dağıdılmalı» prinsipi ilə islamofob məhiyyətini açıqlayan AP artıq müasir sələbçilərə çevrilib.
Qərbi Azərbaycandan 250 mindən artıq azərbaycanlı öz yurdlarından zorla qovulduqdan sonra oradakı xalqımıza məxsus tarixi abidələr, habelə müsəlman irsi tamamilə məhv edilib. Bütün məscidlər dağıdılıb, yalnız bir məscid saxlanılıb ki, o da İran hökumətinə jest kimi fars məscidi adlandırılıb. Lakin bu dəhşətli cinayətlər qarşısında AP susub və susmaqda davam edir.
Nadir monoetnik, antisemitizm ən təhlükəli həddə çatdığı Hayastanın sadiq qaldığı faşist ideyalarını dəstəkləyən, reallığı təkzib edərək, bölgədə baş verənləri doğru –düzgün təhlil etmədən, faktları, baş verənlərin mahiyyətini araşdırmadan, reallıqdan uzaq, sənədlərin qəbulu ilə Ermənistanın maraqlarını qoruyan AP özünü nufuzdan salır, qeyri-ciddi təşkilat kimi tanınır. Qızışdırıcı siyasəti ilə Cənubi Qafqazı geosiyasi rəqabət məkanına çevirir. Yerevanın xeyrinə güc balansını dəyişməyə çalışır. Qətnamə layihəsində Türkiyəni regionda stabilliyi pozmaqda ittiham edir, rəsmi Ankaranı Azərbaycanı dəstəkləməyə son qoymağa çağırır. Aİ missiyasını öz ərazisinə buraxmaq üçün Azərbaycana çağırış edən AP bir vacib məqamı diqqətə almalıdır ki, forpost, başqalarının əlində vasitə olan Hayastandan fərqli olaraq, Azərbaycan müstəqil dövlətdir. Yolunu, siyasətini müstəqil həll etmək qüdrətindədir. Öz ölkələrindəki muzeylərdə işğal etdikləri ölkələrdə qətlə yetirdikləri insanlarının kəllə sümüklərini nümayiş etdirən və bu qəbildən olan qeyri-insani hərəkətlər edən Fransanın Avropa Parlamentində təmsil olunan deputatlarının Azərbaycanı «Qənimətlər Parkı”»na görə ittiham etməsi riyakarlıqdır. Azərbaycandakı bəşəri və milli dəyərlərə göstərilən sadiqliklə heç cürə barışa bilməyən AP-nin bir sıra deputatlarının cəmiyyətimizə yad məsələlərin, habelə LGBT hüquqlarının təşviq edilməsi tələbi Avropa Parlamenti üçün keçərlidir.
Azərbaycanın AP-nə nəticə çıxarmalı obyektiv cavabı Prezident İlham Əliyevin «Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil», «İşğal dövründə ermənilər qondarma «Dağlıq Qarabağ respublikası»nın «parlamentini» Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar... Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin «parlamenti» binasının inşası yarımçıq qaldı. «Parlament» də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi» sözləridir.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri