13 mart 2023 12:11
547

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilib.  Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

“Eyni zamanda, mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir" - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev X Qlobal Bakı Forumun açılışındakı çıxışı zamanı bildirmişdir.

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir.

Ümumiyyətlə ökəmizin inkişafı və çiçəklənməsinə xidmət edən hər bir fəaliyyət  hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Ölkə Prezidentinin ədəbiyyata və mədəniyyətin inkişafına xüsusi dövlət qayğısının göstərildiyi hər kəsə bəllidir. Bu diqqət və qayğı siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər ədəbiyyat və mədəniyyət sahəsinə göstərilən tükənməz dövlət qayğısı da, Ulu öndər Heydər Əliyevin bu sahədəki ənənələrinin davamçısıdır. Onun bir sıra sərəncamlarına nəzər salsaq bunu daha aydın görərik .

 Həmin sərəncamlardan biri də  Nizami Gəncəvi irsinə verilən diqqət və dəyərdir.  Dövlətimiz şairin əsərlərinin çapı, yeni əsərlərinin üzə çıxarılması və təbliği  istiqamətində işlərə önəm vermişdir. Bununla əlaqədar  2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olması münasibəti ilə. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını nəzərə alarq ölkəmizdə “Nizami Gəncəvi ili” elan etmişdir.  

Bu diqqət və qayğı özünü digər sahələrdə də göstərir belə ki , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tapşırıqlarına əsasən Gəncədə dahi şairin muzeyi inşa olunmuş, Bakının Xətai rayonunda yerləşən “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkını əsaslı təmir etdirmişdir.  Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapmış, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmşdır.

“Nizami İli”nin sonunda dahi mütəfəkkirin adını daşıyan parkın yenidənqurmadan sonra istifadəyə verilməsi həm də rəmzi olaraq xüsusi məna kəsb edir.

Bu addımlar ölkə başçısının mədəniyyətə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti malı

Halal ye, tərlan tək halal ov ara,

Bənzəmə leş üstə qonan quşlara

Pis-yaxşı nəyin var, demək malındır,

Lakin sənə vacib öz kamalındır.

Dünya şöhrətli Azərbaycan şairi, orta əsr şərqinin ən böyük şairlərindən biri, şeriyyatımızın dürr-incisi belə müdrik fikirlərin sahibi Nizam Gəncəvi gənc nəsli kamilləşməyə, hərtərəfli yetişməsi üçün yüksək mədəniyyətə və dünyagörüşünə  yiyələnməyə çağırırdı. Nizaminin bədii düşüncəsi və dəyərli fikirləri tədqiq edilib öyrənildikcə, daha da nəhəng tərbiyəvi məna daşıdığını anlayırıq.

Nizami Gəncəvi yalnız xalqımızın yox , ümumibəşəri şair kimi bütün insanlığın qəbul etdiyi təkrarolunmaz bir simadır. O, insansevərlik ideyalarının ilk carçılarından biri olaraq tanınmışdır. Böyük humanist və mütəfəkkirin əsərləri əsrlər boyu dünya bədii söz xəzinəsinin nadir incisi kimi bəşəriyyətin diqqət mərkəzindədir.  Bu fikirlə yol alaraq Nizami haqqında daha bir məlumatı nəzərinizə çatdırmaq istəyirəm beləki, 1991-ci ildə Nizami Gəncəvinin yubileyi Sovet İttifaqı səviyyəsində qeyd edilərkən SSRİ Milli Bankı dövriyyəyə şairin şəkli olan sikkə buraxdı. Bu tarixdə Nizaminin təsviri olan ilk pul nişanı idi.

Beləliklə, tanınmış  şəxsiyyətlər seriyasından olan sovet xatirə pullarında yer alan 27 nəfərdən biri də  Nizami Gəncəvi oldu

Əsərlərinin fars dilində olmasına görə İran Nizami Gəncəvi adını və ədəbi irsini oğurlamağa, tarixi gerçəkliyi təhrif etməyə can atmışdır. Lakin şairin farca yazmasının səbəbi dövrün tələblərinə uyğunlaşmağıdır.

Bu iddialara Azərbaycan prezidenti İlham Əliyevin cavabı: Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir”

Düşünürəm ki, Prezidentimizin bu sözləri dahi Nizami Gəncəvinin şəxsiyyətini və yaradıcılığını mənimsəmək  istəyənlərə ən gözəl və tutarlı cavabdır.

Düşünürəm ki, kim istəməz ki, Nizami Gəncəvi kimi bir dühaya sahiblənsin? Amma  nə deyirlər desinlər Nizami yaradıcılığı bütün elmi göstəricilərinə - ideya-məzmun və bədii-estetik mahiyyətinə görə məhz Azərbaycan türkü olduğuna heç bir şüphə yeri qoymur. Hətta bəzi türk ədəbiyyatşünasları Nizami əsərlərinin Ayasofiyada rast gəldiyi qədim bir əlyazmasında belə bir beytə təsadüf etdiyini bildirir:

Mənim atam-babam türk idi,

Ağıl və hikmətdə hər biri bir qurd kimi idi.

Bütün bunları diqqətə alsaq görərik ki, Nizami Gəncəvi həqiqətəndə Azərbaycan ədəbiyyatının təkrarolunmaz simasıdır.

Aygün Tağıyeva,
YAP Xətai rayon təşkilatının "Q.Nəbi küçəsi 8" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü