09 mart 2023 13:42
342

Demokratiyanı möhkəmləndirən islahatlar

Təqdirəlayiq haldır ki, Azərbaycan iqtidarı müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar siyasi münasibətlər sahəsindən də yan keçməyib. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır. Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirə olunması bilavasitə demokratiyanın təcəssümüdür və siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir.

İqtidarın təşəbbüsləri vasitəsilə ümummilli və siyasi həmrəylik davamlı olaraq inkişaf edir. Azərbaycan xalqının Prezident İlham Əliyevə olan dəstək və inamı bu birliyin və həmrəyliyin zəmanətidir. İqtidar-müxalifət dialoqu bütün digər məsələlərlə yanaşı, ilk növbədə, dövlətin inkişafına xidmət etməkdədir. Odur ki, ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar da öz növbəsində həmin münasibətlərin dərinləşməsində maraqlı olmalıdır. Siyasi partiyaların görüşləri çərçivəsində siyasi və milli həmrəylik naminə partiyalar arasında əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinin zəruriliyi eyni zamanda ölkəmizdə siyasi mədəniyyətin inkişafı məsələsinə də toxunur. Beləki ki, siyasi mədəniyyətin məzmunu bilavasitə ölkənin demokratik potensialı ilə bağlı olduğu üçün mövcud istiqamətdə müvafiq maarifləndirmə işlərinin aparılması vacibdir. Odur ki, birgə maarifləndirmə işlərinin aparılması iqtidar-müxalifət əməkdaşlığının əsas perspektiv istiqamətlərindən biri ola bilər.

Demokratiyanın inkişaf mərhələsi müxtəlif zamanlarda ölkədə həm konseptual xarakteri, həm də struktur xarakterini daşıyan islahatların aparılmasına zərurət yaratmaqdadır ki, bunada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sistemli islahatların aparılması üçün atdığı konkret addımlar bariz nümunədir. Belə ki, Nazirlər Kabinetinin yeni tərkibdə formalaşması nəticəsində daha operativ və çevik fəaliyyət göstərməsi, yerli icra orqanlarında islahatların aparılması, Milli Məclis yeni tərkibdə formalaşması və islahatlara yeni təkan verməsi kimi mühüm addımlar atılmışdır. Aparılan islahatların ölkədə demokratiyanın təməl bünövrəsinin möhkəm olduğunu və bu islahatlar nəticəsində şaxələnərək daha güclənməsinə və regionda hər zaman nümunə olmasına gətirib çıxarıb.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı bütün islahatlar demokratiyanın təməl prinsiplərinə dayanan və demokratiyanın möhkəmlənməsinə xidmət etməkdədir.

Vilayət Mirzəyev, 
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini