09 mart 2023 12:29
571

İslahatlar Azərbaycanın müstəqilliyini möhkəmləndirib

Hər bir kəsə məlumdur ki, ölkəmiz ildən-ilə çiçəklənir, hər bir sahədə inkişaf yollarına addımlar atır. Bu inkişafın arxasında ümummilli lider Heydər Əliyevin başlatdığı və ölkəmizin Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi islahatlar dayanır.

Bildirmək istəyirik ki, bu islahatların elmi, hərbi, iqtisadi, ədliyyə sahələrində aparılması ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayır. İslahatların aparıldığı sahələrdə fəaliyyətin müasirləşməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlər danılmazdır.

2010-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş Təhsil Qanunu hüquqi sənəd olub təhsilin inkişafında mühüm rol oynamışdır. "2007-2015-ci illərdə  Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzalanmış Sərəncam və 24 oktyabr 2013-cü il tarixdə ölkə Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlər gələcək illərdə də təhsil sektorunun inkişafına öz töhfəsini verəcəkdir. Məhz belə qərarlar təhsil sistemini xeyli formalaşdırmış və dünya təhsil sisteminə yaxınlaşmasına şərait yaratmışdır. Bu da təhsilin inkişafı üçün  Azərbaycanda yüksək intellektli kadrların hazırlanmasına zəmin yaradır. Kadrlarla yanaşı maddi-texniki bazanın və müasir tələblərə cavab verən modul məktəblərin də yaradılması mühüm şərtlərdən biridir. 2021-ci ildə Ağıllı kənddə açılmış və son illərin ən nümunəvi məktəblərindən biri kimi istifadəyə verilmiş müasir məktəb buna bariz nümunədir.

Eyni zamanda son dövrlərdə Azərbaycanda baş verən müharibələr zamanı hərbi sahədə də islahatlar aparılmışdır. Buna ordu quruculuğu, ordunun müasir silahlarla təmin olunması daxildir. Vətən müharibəsi zamanı şəhid ailələri, müharibə iştirakçıları və qazilərin sağlamlıqlarının təmin edilməsi ciddi nəzarətə götürülmüşdür. Şəhid ailələrinə diqqət və həssaslıqla yanaşılmasını, onların evlə təmin edilməsini və qazilərin xarici ölkələrdə müalicələrinin davam etdirilməsini nümunə göstərə bilərik.

İqtisadi sahədə həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsinə və borc olan ölkədən donor ölkəyə çevrilməsinə gətirib çıxarmışdır.

Azərbaycan iqtisadiyyatı 2009-cu ilin qlobal maliyyə, 2014-cü ilin qlobal-enerji böhranlarından və 2020-ci il pandemiya şəraitindən çox böyük məharətlə qorunmuşdur. Cənab İlham Əliyevin antiböhran idarəçilik siyasəti adı çəkilən qlobal böhranların Azərbaycana təsirini miniumlaşdırmışdır, ölkənin dayanıqlı iqtisadi inkişafını qoruyub saxlamışdır.

Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq turizm sektoru formalaşmış və bu sahə iqtisadi inkişafa töhfə verməyə başlamışdır. Bu gün Bakı və ölkənin digər regionları qlobal və regional turizm marşrutları sırasına qoşulmuşdur. Son illərdə Füzuli və Zəngilan rayonlarında açılmış hava limanları, Bakı-Füzuli, Füzuli-Şuşa marşrutları sayəsində xarici turistlərin Azərbaycanın bölgələrini daha da yaxından tanımalarına və Azərbaycan haqqında yanlış informasiyaların yayılmasının qarşısının alınmasına şahid oldular.

Azərbaycan iqtisadiyyatının innovasiya potensialı köklü şəkildə artmış və iqtisadiyyatın İKT sektoru formalaşmışdır. Bu gün Azərbaycan iqtisadiyyatında ən müasir texnologiyaları tətbiq edilir. Ölkəmiz kosmik və alternativ enerji texnologiyalarının sürətli inkişaf etdiyi ölkələr sırasına daxil olmuşdur.

Azərbaycanın müxtəlif bölgələrində, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının və maldarlığın inkişaf etdirilməsi ölkənin iqtisadi cəhətdən özünü təmin etməsinə müsbət təsirini göstərəcəyini əminliklə deyə bilərik.

Qarabağda bərpa və yenidənqurma işlərinin böyük maliyyə resursları hesabına başa gəlməsi danılmazdır. Aparılan hesablamalar göstərir ki, bu işlər 10 milyonlarla dollar maliyyə vəsaiti hesabına başa gələ bilər. Bu məqsədlə prezident İlham Əliyev dünya təcrübəsinə uyğun olaraq 4 yanvar 2021-ci ildə Qarabağ Dirçəliş Fondu publik hüquqi şəxsin yaradılması haqqında fərman vermişdir. Fondun əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması Qarabağ regionunun iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərməkdir.  

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bir Azərbaycan vətəndaşı olaraq, bir gün bu söylənilən fikirlərin reallığa çevriləcəyinə inanıram və bu ölkənin vətəndaşı olmağımla qürur duyuram.

Rəmziyyə Aslanova,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 39" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü