23 fevral 2023 15:01
392

Konfrans Liqasında 1/8 finalçılar müəyyənləşir

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, 8 görüşün hamısı eyni gündə olacaq. Bununla da mərhələyə yekun vurulacaq və 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək.

Azərbaycan çempionu "Qarabağ" "Gent"lə bu dəfə səfərdə üz-üzə gələcək. Bakıdakı ilk oyun Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.  

"Trabzonspor" "Bazel"in qonağı olacaq. Superliqa təmsilçisi Türkiyədəki ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.

Konfrans Liqası, pley-off mərhələsi

Cavab oyunları

23 fevral

21:45. “CFR Kluj” (Rumıniya) - “Latsio” (İtaliya)

İlk oyun - 0:1

21:45. “Dnepr-1” (Ukrayna) - AEK (Larnaka, Kipr)

İlk oyun - 0:1

21:45. “Partizan” (Serbiya) - “Şerif” (Moldova)

İlk oyun - 1:0.

21:45. “Anderlext” (Belçika) - “Ludoqorets” (Bolqarıstan)

İlk oyun - 0:1

00:00. “Gent” (Belçika) - “Qarabağ” (Azərbaycan)

İlk oyun - 0:1

00:00. “Bazel” (İsveçrə) - “Trabzonspor” (Türkiyə)

İlk oyun - 0:1

00:00. “Lex” (Polşa) - “Budo Qlimt” (Norveç)

İlk oyun - 0:0

00:00. “Fiorentina” (İtaliya) - “Braqa” (Portuqaliya)

İlk oyun - 4:0