22 fevral 2023 14:39
528

Münxen Konfransı bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan haqlı tərəfdir

Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanalarına verdiyi müsahibə ilə əlaqədar

Azərbaycan son illərdə dünyanın diqqət mərkəzində olan ölkələrdən birinə çevrilmişdir. Bunun bir çox səbəbləri var: iqtisadiyyatımızın güclənməsi, dünyanın enerji mənbələrindən birinə sahib olmağımız, 30 il düşmən tapdağında qalan torpaqlarımızı 44 günə azad etməyimiz və s. Bunlarla bərabər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın siyasi arenalarında mövqeyini qorumaqla, düzgün siyasi xətt tutmaqla dünyanın diqqətini həm özünə, həm də ölkəmizə yönəltmiş oldu.  Ötən gün Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransı dünya mediasının əsas müzakirə mövzusuna çevrilib. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın nüfuzlu ölkələrinin siyasi, hərbi və iqtisadi sahələrinin liderləri ilə bir çox önəmli görüşləri olub. Münxendə Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və təhlükəsiz enerji tərəfdaşı olduğu xüsusi vurğulanıb. Keçirilən görüşlərdə iqtisadi-ticari, hərbi-siyasi və enerji sahələri üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı anlaşmalar əldə olunub.

Azərbaycan liderinin siyasi-diplomatik görüşlər keçirdiyi bir vaxtda Ermənistan baş naziri Nikol Paşinyan erməni xarakterinə uyğun olaraq "şikayət diplomatiyası"nı işə saldı. Onun Fransanın Prezidenti Emmanuel Makron ilə ayaqüstü söhbəti bunun bariz nümunəsidir. Fransa Ermənistanı siyasi alətə çevirərək iddia edir ki, Rusiya Cənubi Qafqazda və bütün dünyada gərginlik yaradır. Ona görə Ermənistanı Rusiyadan müdafiə etmək üçün Ermənistana dəstək versiyaları müzakirə olunur. Göründüyü kimi, bu cür yanaşmalar Cənubi Qafqaza sülh deyil, əlavə, lazımsız gərginliklər gətirir.

Fransa Prezidenti isə bir qədər də irəli gedərək Rusiyanın Cənubi Qafqazda və bütün dünyada gərginlik, qarşıdurma yaradan əsas pozucu mərkəz olduğunu bəyan edib. Bildirib ki, Rusiyadan müdafiə olunması üçün Ermənistana müxtəlif dəstək variantları müzakirə olunur və Ermənistana bu dəstəyin verilməsi davamlı olacaq. Bu gün Ermənistan həm Rusiyanın, həm də bəzi Qərb dövlətlərinin əlində siyasi alətə çevrilib.

Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə heç bir ciddi layihələr həyata keçirilmir. Artıq rəsmi Bakı hətta bəzi dairələrin Cənubi Qafqaza yönəlmiş məkrli siyasətlərinin qarşısını kəsmək gücündədir. Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin Münxendə keçirdiyi sanballı görüşlər Azərbaycanın milli maraqlarının təmin olunmasına hesablanmışdı və siyasi dividendlər baxımdan zəngin oldu.  Münxen görüşləri Azərbaycanın diplomatik meydanda siyasi qələbəsidir.

Cənab prezident media nümayəndələrinə - Azərbaycan televiziya kanallarına müsahibə verərkən qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər. , amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə  ki, yeni yanaşmaları tələb edir.

   Prezident İlham Əliyev bir daha qey edib ki, şadam ki, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki görür və deyir.

Cənab İlham Əliyevin bu dediklərinə diqqət edib məntiqi nəticə çıxarmağa çalışsaq, görərik ki, bu fikirlər dünya səviyyəli bir siyasətçinin bütün dünya mediası və siyasətçiləri qarşısında açıq şəkildə qoyduğu mövqedir. Bu mövqe Azərbaycan xalqının, Azərbaycan dövlətinin mövqeyidir. Prezident bilir ki, o hansı addımı atsa, Azərbaycan xalqı bir nəfər kimi onun arxasında dayanacaq.Bunu xalq olaraq prezident seçkilərində və 2020-ci ildə II Vətən müharibəsində sübut etmişik. Ona görə Prezident bir daha bu mötəbər konfransda açıq şəkildə Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması baxımından  bir daha mənfur qonşumuza və onun arxasındakı qüvvələrə yerini göstərdi. Bir daha bildirdi ki, biz istəyirik ki, Ermənistan - Azərbaycan münasibətləri normallaşsın, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.

Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, Laçın-Xankəndi yolunda baş verən hadisələrə, ümumiyyətlə, heç bir münasibət bildirməyəcəklər. Bu onlara aid məsələ deyil. Gah da deyirlər ki, onlar “Dağlıq Qarabağ problemi” ilə məşğul olmaq istəyirlər.

Prezident də qeyd edib ki, Dağlıq Qarabağ anlayışı yaddan çıxmalıdır. Hamısı Azərbaycan torpağıdır və bu torpaqların sahibi bizik.

Münxen konfransı bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan öz mövqeyini dəyişməyəcək. Bu mövqeyimizi dünyanın əksər dövlətləri də qəbul edirlər. Gələcək illər Bizi daha böyük uğurlara aparacaq, çünki siyasi yolumuz aydındır. Prezident İlham Əliyevin rəhbərliyi ilə daha gözəl günlər qarşıdadır. Qarabağın yenidən bərpa prosesi artıq başlanmışdır. Qarabağda təhsil müəssiələri , mədəniyyət evləri, yaşayış evləri və s. tikiləcək. Həyat yenidən öz axarına qayıdacaq. Qədirbilən  Azərbaycan xalqı həyatını, fəaliyyətini xalqına, onun azadlığına, rifahına sərf etmiş Prezident İlham Əliyevə həmişə minnətdar olacaq.

Günel Səmədova,
YAP Xətai rayon təşkilatının "P. Həşimov 34" ünvanı üzrə ərazi partiya təşkilatının sədri