“Real”ın futbolçusu David Alaba Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyunu buraxa bilər.
"İki sahil" “Nachrichten” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la oyununda (5:2) zədələnməsidir.
Matçın 27-ci dəqiqəsində zədələnən Avstriya millisinin kapitanı oyunu davam etdirə bilməyib. Onun Azərbaycan və Estoniya yığmalarına qarşı keçiriləcək seçmə mərhələ görüşündə iştirakı sual altındadır.
Qeyd edək ki, Avstriya yığması martın 24-də evdə Azərbaycan millisi ilə, martın 27-də isə Estoniya ilə qarşılaşacaq.
Atletimiz Nuray Əbilova U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb