22 fevral 2023 09:32
443

Benzema Messinin rekordunu təkrarlayıb

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

“İki sahil” xəbər verir ki, 36 yaşlı hücumçu buna İngiltərədə "Liverpul"a 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda nail olub.

Görüşdə dubl edən fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi təkrarlaya bilib. Hər iki oyunçu 2005/2006 mövsümündən Çempionlar Liqasında qol vurur.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı martın 15-də İspaniyada olacaq.