22 fevral 2023 08:05
356

İyunda Bakıda su polosu üzrə beynəlxalq turnir keçiriləcək

İyunda Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə su polosu üzrə beynəlxalq turnir keçiriləcək.

"İki sahil" Azərbaycan Üzgüçülük Federasiyasına istinadla xəbər verir ki, turnirdə Azərbaycan komandaları ilə yanaşı, 4 xarici ölkədən idmançıların iştirakı nəzərdə tutulub.

Artıq federasiya turnirin hazırlığına start verib, yaxın vaxtlarda turnirdə iştirak edəcək xarici ölkələrin adları açıqlanacaq.